
Britaniyada arxeoloqlar qədim döyüşçülərin – yəni gladiatorların şirlər (aslanlarla) vuruşduğu ehtimalını təsdiqləyiblər. Bu barədə The Guardian yazır.Bu hipotez hələ 20 il əvvəl irəli sürülmüşdü. Həmin vaxt York şəhərinin mərkəzinə yaxın ərazidə aparılan qazıntılarda təxminən 80 başsız skelet tapılmışdı. Onların çoxu gənc, güclü bədən quruluşuna malik kişilərə aid idi və skeletlər üzərində amansız zorakılıq izləri görünürdü. Mütəxəssislər bunun gladiatorlara aid bir qəbiristanlıq ola biləcəyindən şübhələnmişdilər.Bu skeletlərdən birində — 1800 il yaşı olan qalıqlarda — yırtıcı hücumuna xas zədələr aşkarlanıb. Sümüklərdəki deşiklər şir dişlərinin izləri ilə uyğunluq təşkil edir. Alimlər bu qalıqların "bestiarii" – yəni heyvanlarla döyüşən gladiatora aid ola biləcəyini düşünürlər.Bu fərziyyənin təsdiqlənməsi illərlə davam edən araşdırmalar tələb edib. İrlandiyanın Maynut Universitetindən antropoloq Tim Tompson bildirib ki, bu kəşf ilk dəfə olaraq qədim Roma dövründə gladiatorların şirlər və digər iri vəhşi pişiklərlə arenada döyüşdüyünü fiziki sübutlarla təsdiqləyir.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Tramp deyir ki, Rusiya Ukraynanın hamısını "istəyir"
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO