FIFA prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq turnirlərə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
"Report" "Real Americas Voice"a istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri məsələyə qısa münasibət bildirib.
O, Rusiyanın hazırda beynəlxalq yarışlardan kənarda qaldığını xatırladıb:
"Ümid edirik ki, nəsə olacaq. Sülh gələcək və Rusiya turnirlərə qaytarılacaq".
Qeyd edək ki, Rusiya təmsilçiləri 2022-ci ilin fevralından Ukraynadakı vəziyyətlə əlaqədar FIFA və UEFA-nın bütün yarışlarından kənarlaşdırılıb. Rusiya yığması həmin vaxtdan sonra yalnız yoldaşlıq oyunları keçirib.