AZ

ABŞ-a məxsus daha bir qırıcı Qırmızı dənizə düşüb

ABŞ-nin “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsində olan daha bir qırıcı təyyarə Qırmızı dənizə düşüb.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.

İlkin məlumatlara görə, hadisənin səbəbi təyyarə daşıyıcısında aerofinişer sisteminin nasazlığı ola bilər. F/A-18 təyyarəsinin pilotu və atıcısı katapult ediblər. Onlar yüngül xəsarətlər alıblar, həyatları üçün təhlükə yoxdur.

Bu, son vaxtlarda Qırmızı dənizdə ABŞ qırıcısının itirilməsi ilə bağlı ikinci haldır. Aprel ayının sonunda ABŞ Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının suya düşdüyünü bildirmişdi. CNN-in məlumatına görə, buna səbəb Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin hücumu olub.

Seçilən
0
3
report.az

4Mənbələr