Havalar isindikcə günəşdən qoruyucu kremlərə tələbat artıb. Günəş kremləri artıq mağazalarda daha böyük stendlərdə satılır.
Medicina.az xəbər verir ki, mütəxəssislər saxta günəş kreminə qarşı xəbərdarlıq edirlər.

Saxta məhsulları ayırd etmək üçün qablaşdırma və etiketlərdəki çap xətalarına diqqət yetirilməlidir.
İstehlakçılar bu kosmetik vasitələri alarkən həm saxtakarlığa, həm də məhsulun tərkib hissəsi və son istifadə tarixi kimi faktorlara diqqət yetirməlidirlər.
Məhsulların etiketlərində çap sırasına və simmetriyasına diqqət edilməlidir. Şirkətə xas şriftlərdən istifadə olunmalı və orijinal məhsul etiketlərində bu şrift üslubu istifadə olunmalı və bu yazı tipləri yoxlanılmalıdır. Eiketdə məhsul məlumatlarının, istehsal və son istifadə tarixlərinin düzgün və aydın şəkildə yazılması da yoxlanılmalıdır.

Məhsulların rənglərinin də yoxlanmasının vacib olduğunu qeyd edilir.
Saxta günəşdən qoruyucuların pis qoxusu olur. Əsl günəş kremləri daha çox təbii tərkibli, yüngül qoxu olan məhsullardır. Orijinal məhsulları saxtadan ayırd etmək üçün paketin içərisinə top qoyulur. Almaq istədiyiniz məhsul yaxşıca çalxalanmalı və topun səsini eşidin.
Qoruyucu kremlər günəşə çıxmadan ən az 15 dəqiqə əvvəl çəkilməlidir.

Krem iki saatdan bir yenidən çəkilməlidir.
Tətildə dənizə və ya hovuza girib-çıxdıqdan sonra günəş kremi yenidən çəkilməlidir. Su ilə təmas varsa, məhsulların effektivliyi 50 faiz azalır. Bir dəsmal ilə qurudulsa, təsiri tamamilə yox olur. Tərləmə ilə təsiri azalır.
Aygün
Medicina.az