“Mançester Yunayted” icarə əsasında “Betis”də çıxış edən Antoninin transfer dəyərini müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı vinger üçün 50 milyon avro tələb edir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Antoni “Betis”dəki çıxışı ilə “Atletiko”nun diqqət mərkəzinə düşüb.
“Mançester Yunayted” 50 milyon avro qarşılığında Antonini buraxmağa hazırdır.
Cinah oyunçusu “Betis”lə 20 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.