AZ

PFL hələ mükafatlandırmanın detallarını dəqiqləşdirməyib

Bilindiyi kimi, premyer-liqanın 32-ci turunda “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçədən sora çempionluğu rəsmiləşdirdi. Birinci liqada mübarizə aparan “Qəbələ” isə mövsümün bitməsinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi. İkinci liqada hələ çempion hələ bəlli deyil.

Mükafatlandırma mərasimləri olacaqmı? Qızıl medallar və kubok çempiona nə vaxt veriləcək? “Qəbələ” nə vaxt mükafatlandırılacaq? İkinci liqanın çempionu son turda, yoxsa sonuncu ev oyununda mükafatlandırılacaq?

Bu sualları Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:
“Hər mövsüm olduğu kimi, bu dəfə də mükafatlandırma mərasimləri mayda keçiriləcək. Hələ ki bu ana əsasən 1-ci liqa barədə danışa bilərik. 1-ci liqanın mayın 14-16-na təsadüf edəcək 26-cı tur oyunlarından sonra “Qəbələ”nin mükafatlandırılması planlaşdırılır. Premyer-liqa ilə bağlı xırda detallar qalıb. 2-ci liqada isə hələ ki mübarizə davam edir. Duruma əsasən planlaşdırma edəcəyik və PFL-in rəsmi saytında bununla bağlı məlumat yerləşdiriləcək”.
ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr