ABŞ dövlət katibi Marko Rubio Hindistan və Pakistan arasıdnakı toqquşma ilə bağlı çağırış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, aradakı gərginliyin gücləd eyil, sülhlə həll edilməsinin vacibliyini qabardıb.
"Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izləyirik. ABŞ prezidenti Donald Trampın məsələ ilə bağlı fikrini açıqlayıb. Biz bu gərginliyin tez bitməsini gözləyirik. Hindistan və Pakistan hökumətlərini gərginliyisülh yolu ilə həll etməyə çağırırıq",- deyə Dövlət katibi bildirib.
Samir Musayev
MİA.AZ