AZ

Tramp miqrantları Ukraynaya ötürmək istəyirmiş

AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin əlinə keçən sənədlərə əsasən, Vaşinqton müraciətini Kiyevə bu ilin yanvar ayında, demək olar ki, Donald Tramp prezident kimi işə başladıqdan dərhal sonra göndərib. Bundan əlavə, Ağ Ev ukraynalı qaçqınların ABŞ-də qalma müddətinin azaldılması məsələsini qaldırıb.

“Sənədlərdə Ukraynanın Amerikanın təklifinə necə reaksiya verdiyi göstərilmir. Kiyevdəki hakimiyyət bu təklifi ümumiyyətlə qəbul etməyib. Bəzi həmsöhbətlər isə Vaşinqtonun tələblərindən xəbərsiz olduqlarını bildiriblər”,- qəzet Ukrayna hökumətindəki mənbələrə istinadən yazır.

Qeyri-leqal miqrantlar kütləvi şəkildə ABŞ-dən çıxarılır
Xatırladaq ki, Donald Tramp dəfələrlə ABŞ-nin immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Daxili Təhlükəsizlik nazirliyiAmerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qeyri-qanuni mühacirləri sürətləndirilmiş prosedurlar əsasında, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib.

“New York Post (NYP)” qəzetinin DaxiliTəhlükəsizlik nazirliyindəki mənbəsinin verdiyi məlumata görə, Trampın andiçmə mərasimindən sonra 100 mindən çox miqrant ABŞ-dən çıxarılıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr