AZ

Qubada qadın dəm qazından öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1949-cu il təvəllüdlü Nazilə Qaflan qızı Zeynalova dünən saat 17 radələrində Quba şəhər Mirzəbaba Tahirov küçəsi 31 ünvanında yerləşən evinin hamam otağında qazdan zəhərlənib.

Belə ki, o, su qızdırıcıdan dəm qazının hamam otağına sızması nəticəsində boğulub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşırma aparılır.

Seçilən
0
9
qafqazinfo.az

10Mənbələr