
Almaniya Xristian-Demokrat İttifaqının (XDS) lideri Fridrix Mers Almaniyanın yeni kansleri seçilib. Səsvermənin canlı yayımı Bundestaqın rəsmi saytında təqdim olunub.Bundestaqın sədri Yuliya Kleknerin açıqlamasına görə, Xristian Demokratların rəhbəri ikinci cəhdində deputatlardan 325 səs toplayıb.Nəticələr elan edildikdən sonra Mers partiyadaşlarına dəstəyə görə təşəkkür edib və yanında dayanan bir neçə qadını öpüb. İlk səsvermədə isə Mers tələb olunan 316 səs əvəzinə cəmi 310 səs toplamışdı. Beləliklə, o, Almaniya tarixində koalisiya razılaşmalarına baxmayaraq, ilk turda uğursuz olan ilk hökumət rəhbəri kimi tarixə düşüb. XDS, Bavariya Xristian-Sosial İttifaqı (XSS) və Sosial Demokrat Partiyası (SDP) daxil olan koalisiya ona 328 səs təmin etməli idi.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Tramp deyir ki, Rusiya Ukraynanın hamısını "istəyir"
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO