“Bayern” və “Real”ın keçmiş baş məşqçisi, 79 yaşlı məşhur alman mütəxəssis Yupp Haynkes müasir futbol haqda söhbət açıb.
Arena.az “Kicker” dərgisinə istiandən, Haynkesin müvafiq fikrini təqdim edir:
“Mənim futbola marağım sönüb. Mən əvvəl tək “Bayern”, Mönhenqladbax “Borussiya”sı, Bilbao “Atletik”i, “Real”, “Barselona” və ümumilikdə ispan futbolunu izləyirəm, həmçinin İngiltərə və Fransadakı ən yaxşı oyunlara baxıram. Mən bu xüsusda seçiciyəm. Maraqlar, o cümlədən mənim ailəm daxilində, ümumilikdə dəyişikliyə uğrayıb. Mən vacib oyunlara baxıram, amma bəzən Bundesliqaya baxmaqdansa, idman zalına getməyə üstünlük verirəm. Oyunlar həddindən artıq çoxdur, istehlakçılar da həddindən artıq yükləniblər. Amma bu, biznesin işlədiyi yeganə strategiyadır: oyunçular ölçüyəgəlməz məbləğdə qazanc əldə edirlər, klublar isə bu pulları doğub-törətməlidirlər. Futbol – bu, sadəcə kommersiya ləvazimatıdır. Televiziya isə oyunların başlaması üçün əlverişsiz vaxt diktə edir”, deyə Yupp Haynkes vurğulayıb.
Xatırladaq ki, Upp Haynkes “Real” (1998) və “Bayern”ə (2013) UEFA Çempionlar Liqasını qazandırıb.