AZ

Şadlıq saraylarının mətbəxində çalışanlar təlimlərə CƏLB OLUNACAQ?

Bir müddət əvvəl Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şadlıq saraylarına işə götürülən əməkdaşların, ofisiantların gigiyenik təlimlərə cəlb olunmasının vacibliyi ilə bağlı çağırış etdi.  

Bu, sözügedən məkanlarda gigiyenik normalara əməl olunması baxımından olduqca vacib addımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Restoranlarda zəhərlənməmək üçün nə etmək lazımdır?


Bəs, AQTA-nın bu çağırışına əməl olunurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov hələ də bu tələblərə tam əməl olunmadığını təəssüflə bildirib:

“AQTA-nın bu çağırışı çox əhəmiyyətlidir. Şadlıq saraylarında çalışan bütün personal gigiyenik təlimlərə cəlb edilməlidir. Təlimin sonunda onlara müəyyən sertifikatlar verilməlidir. Onlar da saxta həkim kağızlarından xilas olmalıdır. Yoxsa ildə bir dəfə gedib hansısa klinikadan saxta kağız alırlar. Eləcə də bəzi şadlıq evlərində günəmuzd işləmək məsələsinə son qoyulmalıdır.

Bir çox şadlıq evlərində ofisiantlar tez-tez dəyişir. Buna yol verrilməməlidirr. İşçilər götürülməli və onlarla əmək müqaviləsi bağlanılmalıdır. Sabit işçi heyəti formalaşmalıdır. Sağlam-gigiyenik tələblərə uyğun işçi heyəti olmalıdır”.

Eyyub Hüseynov Azərbaycanda ailə biznesi məsələsinin inkişaf etməməsindən təəssüfləndiyini də bildirib:

“Təəssüf ki, bizdə belə məkanları təsadüfi adamlar icarəyə götürür. Eyni zamanda bu şadlıq evlərində ofisiantların hərəkətlərini izləsək, görəcəyik ki, onların əsas məqsədi məkan sahibinin əmrini yerinə yetirməkdir. Mümkün qədər stolun üstündəki əşyaları tez yığışdırmaq və elə şərait yaratmaq ki, insanlar ordan mümkün qədər tez çıxıb getsinlər və s.

Bütün belə neqativ hallar sona çatmalıdır.

Həmişə dediyim fikri yenə təkrarlayıram: Nazirlər Kabineti bir müqavilə təsis etməlidir, sifariş verənlə şadlıq evi arasındakı müqavilədə bu şərtlər göstərilməlidir. Çox təəssüf ki, belə məsələlərlə bağlı məhkəmə iddiaları az olur. Bəlkə belə iddialar tez-tez qaldırılsa, bu işlər qaydaya qoyular.

Belə tələblər işləmir. Ona görə də qanun pozuntuları, gigiyenik normaların pozulması var. Ona görə də hesab edirəm ki, AQTA-nın bu çağırışına hamı, hətta şadlıq evində toy edənlər, etmək istəyənlər də dəstək verməlidir. Sifariş verənlər məkanda çalışanların gigiyenik tələblərə cavab verib-verməməsi haqda tələblərə diqqət etsinlər, araşdırma aparsınlar”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr