AZ

Hindistan-Pakistan münaqişəsi qızışır - VİDEO

AzVision.az xəbər verir ki, Pakistan Hərbi Hava qüvvələrinin (HHQ) Hindistan hərbi bazalarına atdığı qanadlı raketlərin sayı təxminən 80-ə çatıb. Hindistan saytlarından biri isə, Kəşmirin Vuyan-Pampur şəhərində döyüş təyyarəsinin qəzaya uğradığını bildirib.

“Bloomberg” nəşrinin məlumatına görə, İslamabad Hindistanın HHQ-nə məxsus 5 təyyarəni vurduğunu və Hindistan əsgərlərini əsir götürdüyünü açıqlayıb.

Bu arada “Geo” telekanalı Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudriyə istinadən xəbər verib ki, Hindistan hərbçilərinin Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.



Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hadisə zamanı 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
1
azvision.az

10Mənbələr