AZ

ABŞ dövlət katibi Hindistan və Pakistanı problemi sülh yolu ilə həll etməyə çağırıb

ABŞ dövlət katibi Hindistan və Pakistanı problemi sülh yolu ilə həll etməyə çağırıb

ABŞ dövlət katibi Marko Rubio Hindistan və Pakistan hökumətlərini problemin sülh yolu ilə həllini axtarmağa çağırıb.Rubio X sosial media platformasında Hindistanın Pakistanın bəzi bölgələrinə hava hücumları ilə bağlı açıqlama verib.Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izlədiyini bildirən Rubio, ABŞ prezidenti Donald Trampın məsələ ilə bağlı qiymətləndirmələri ilə razılaşdığını qeyd edib.Rubio vəziyyətin tez bir zamanda sona çatacağına ümid etdiyini bildirib və Hindistan və Pakistan hökumətlərini problemi sülh yolu ilə həll etməyə çağırıb.Qeyd edək ki, Tramp Hindistan və Pakistan arasındakı münaqişəni utancverici adlandırıb və bunun tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

Seçilən
0
1
afn.az

2Mənbələr