AZ

Gürcüstanın hakim partiyasına bu gün yeni sədr seçiləcək

TBİLİSİ, 7may. TELEQRAF

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının IX qurultayı keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, toplantının gündəliyində duran əsas məsələ yeni sədrin seçilməsidir.

Qurultayda, həmçinin Siyasi Şuranın yenilənmiş tərkibi təsdiqləncək.

“Gürcü Arzusu”nun nizamnaməsinə əsasən, Siyasi Şurada razılaşdırılmış sədrliyə namizədi qurultay iştirakçılarına partiyanın fəxri sədri Bidznina İvanişvili təqdim edəcək.

Partiyadan bildirilib ki, yeni sədr siyasi fəaliyyəti ilə ictimaiyyətə yaxşı tanışdır. Qurultayda bu ilin payızında keçiriləcək yerli seçkilərlə bağlı addımlar da müəyyən ediləcək.

Qeyd edək ki, “Gürcü Arzusu”n 2024-cü ilin fevralından sədrlik etmiş İrakli Qaribaşvili aprelin 25-də vəzifəsini tərk edib. O, siyasətdən də getdiyini bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr