AZ

Xəstəlik tarixinə düşəcək əməliyyat: 3 kiloluq körpədən yarım kilo şiş çıxarıldı

Xəstəlik tarixinə düşəcək əməliyyat:

Kütahyada dünyaya gələn və möcüzəvi əməliyyatla həyata tutunan körpə Mehmet Eymen tibb ədəbiyyatına düşəcək unikal bir hadisə ilə gündəmə gəlib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Mustafa və Fatma Kara cütlüyü doğum üçün Kütahya Şəhər Xəstəxanasına müraciət edib. Təcili qeysəriyyə əməliyyatı ilə 34-cü həftədə 3 kilo 700 qram ağırlığında dünyaya gələn körpənin boynunda böyük bir şiş aşkarlanıb.

Doğuşdan dərhal sonra reanimasiyaya alınan körpə bir həftə sonra Uşaq Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Hüseyn İlhan və komandası tərəfindən əməliyyat edilib. Anesteziya və Reanimasiya Mütəxəssisləri Prof. Turqut və Ali Kaynakın da iştirak etdiyi əməliyyatda körpənin boynundan 445 qramlıq şiş uğurla çıxarılıb.

"Tibb ədəbiyyatında yeddinci hadisə"

Əməliyyatla bağlı danışan Prof. Dr. Tayfun Aydın qeyd edib ki, körpənin doğuş zamanı tənəffüs yolları bağlı olduğu üçün yaşama şansı çox aşağı idi. "Göbək ciyəsinin kifayət qədər uzun olması sayəsində tənəffüs yolu 12 dəqiqəyə bağlandı və biz müdaxilə edə bildik. Əməliyyat zamanı nəfəs yollarındakı şiş uğurla çıxarıldı. Bu hadisə dünyada analoji şəkildə qeydə alınan cəmi yeddinci haldır və tibbi ədəbiyyata düşəcək qədər nadirdir", – deyə Aydın bildirib.

Anası Fatma Kara isə yaşadıqları ağır prosesi belə ifadə edib: "Şiş çıxarıldıqdan sonra böyük bir sevinc yaşadıq. Əməyi keçən hər kəsə minnətdaram".

Bu uğurlu müdaxilə həm bir körpənin həyatını xilas etdi, həm də tibb dünyasında iz buraxdı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr