AZ

Regional əməkdaşlıq çərçivəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ümid edirik – Səid Xətibzadə (ÖZƏL)

Bakı. Trend:

Regional əməkdaşlıq çərçivəsində İran və Azərbaycan arasındamünasibətlərin özünəməxsus şəkildə inkişaf edəcəyinə ümidedirik.

Bunu Trend-əmüsahibəsində İran xarici işlər nazirinin müavini və İranın Xariciİşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinindirektoru Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlərinyeni səviyyəsinə start verilib:

"Buna İran Prezidenti Məsud Pezeşkianın səfərində də şahidiolduq. İki ölkə münasibətlərdə yeni səhifənin açılmasınıntərəfdarıdır".

Xətibzadə deyib ki, İran Azərbaycanla ikitərəfli əlaqələrininkişaf etdirilməsinə müsbət prizmadan yanaşır və bu da əlaqələrininkişafına öz töhfəsini verəcək.

“İran Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülhanlaşmasından sonra regional əməkdaşlıqda yeni perspektivlərinaçılacağına ümid edir. Regional və beynəlxalq proseslər iki ölkəarasında müsbət mənada fərqli münasibətlərin inkişafına imkanyarada bilər”, - deyə o qeyd edib.

Xətibzadə bildirib ki, İran və Azərbaycan arasında bir çoxiqtisadi sahələrdə ortaq imkanlar mövcuddur.

"Bölgədə enerji, müştərək şəkildə elektrikin istehsalı vəmübadiləsi sahəsində önəmli potensiallar mövcuddur ki, onlarınaktivləşdirilməsi iki ölkə əlaqələrinin iqtisadi sektorda inkişafetməsinə öz töhfəsini verə bilər.

İran və Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəəsaslı rola sahib olan ölkələr sırasındadır. Regional səviyyədətranzit və yükdaşımalarda bu dəhliz diqqət mərkəzində olan əsasistiqamətlərdən biridir. Bu dəhliz regional yükdaşımaya köməkgöstərəcək.

Bundan əlavə, iki ölkənin əməkdaşlığı ilə Fars körfəzindən Qaradənizə qədər yükdaşımalarda iki ölkə aktiv rola sahib olabilər.

Bununla yanaşı, turizm, mədəniyyət və digər maraq kəsb edənsahələrdə əlaqələri daha da inkişaf etdirmək mümkündür. Bütünbunlar təbii olaraq iki ölkənin müsbət əlaqələrinin olmasını tələbedir”, - deyə o bildirib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr