“Onlar onu səhvən öldürmədilər, əksinə, qəsdən öldürdülər, çünki ümid yaradır və ümid yaratmaq düşməndən ötrü raket yaratmaqdan daha təhlükəlidir..."
İsrailin Qəzza anklavında törətdiyi soyqırım müharibəsinin faciəsini əks etdirən gözəl səsi ilə Qəzzada məşhur olan fələstinli yeniyetmə uşaq bazar ertəsi Nuseyratda hava hücumu nəticəsində öldürülüb.
Moderator.az bu haqda “Palestinechronicle” və “Əl-Cəzirə” nəşrlərinə istinadla xəbər verir.
Ölümündən sonra sosial mediada geniş paylaşılan klipdə Həsən Əyyad ürək ağrıdan səslə oxuyur:
"Döyüş təyyarələri ilə ölümün dadını daddıq, Qurudan və dənizdən bir hava hücumu. Keçidləri bağladılar - insanlar aclıqdan ölür, Şahid ol, dünya, etdiklərinə - evləri dağıdıblar, Ərəblər dinc yatarkən..."
“İşhad Ya 'Alam - Şahid ol, ey dünya” adlı mahnı, İsrailin hücumu altında
Fələstin xalqının əzablarını güclü və emosional şəkildə təsvir edir.

Qəzzalı jurnalist Mahmud Bassam “X”-də yazıb:
"Bu gün onun səsi əbədi olaraq kəsildi ... Ölüm haqda oxuyan uşaq indi yas tutduğu şəhidlərə qovuşdu - vida sözləri nə qədər nəcib idi".
Bassam sosial mediada Əyyadın Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində öldürülməsindən sarsılanlardən biridir. Bassamın sözlərinə görə, onun ölümü bazar ertəsi – mayın 5-i səhərdən bəri öldürülən 60-dan çox fələstinlidən biridir.
İctimai fəal Xalid Safi yazıb ki, uşağın atası Alaa Ayyad (Əbu Həsən) “həmişə oğlu Həsəni tərifləyir, onunla fəxr edir və on varisi hesab edərək onu dəstəkləyirdi... Oğlan, şükür Allaha, istedadlı idi, yaşının az olmasına baxmayaraq, ifa etmək bacarığı var idi. Bu gün işğalçılar Həsəni qətlə yetirdilər və atasının ürəyi qopdu...”
Onun ölümü ilə bağlı “Əl-Cəzirə” kanalına açıqlama verən fələstinli kinorejissor Rəşid Məşəravi deyir: "Qəzzadan mənə mahnı həsr edən uşaq Həsən Əyyad bu gün şəhid oldu. O, şirin, ürək parçalayan uşaq səsi ilə "Sıfır məsafə" filmi üçün mahnı oxudu."
O əlavə edib ki, Əyyad “İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsini bombardmanının qurbanı olub”.
“Biz hər gün həyatımızı itiririk, Həsən... ağıllı Həsən, rəssam Həsən, şəhid Həsən... sən məni incitdin, Həsən”- deyə Maşaravi bildirib.
Fəal Əli Əbu Rizqin “X”-də dediyindən sitat gətirir: "Köçkün düşərgələrində yetimlərə və yaralılara sevinc bəxş edən, vətən üçün mahnı oxuyan, qayıdışımızı tərənnüm edən və şiddətli əzablara baxmayaraq gələcəyə ümid bəsləyən Həsən Əyyad adlı kiçik bir uşaq var idi. İsrail onu bu gün soyuqqanlılıqla öldürdü... Onlar onu səhvən öldürmədilər, əksinə, qəsdən öldürdülər, çünki ümid yaradır və ümid yaratmaq düşməndən ötrü raket yaratmaqdan daha təhlükəlidir..."
İsrail martın 18-də atəşkəsdən boyun qaçırdıqdan sonra Qəzza zolağında qanlı və davam edən hava bombardmanları nəticəsində minlərlə fələstinli həlak olub və yaralanıb.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə “HƏMAS”-ın İsrailin cənubuna hücumunndan sonra İsrail ordusu fələstinlilərə qarşı soyqırım müharibəsi başladıb. Fələstin mənbələrinin yaydığı son məlumatlara görə, 52.000-dən çox insan öldü, 118.000-dən çox insan yaralandı, 14.000-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur.