AZ

ETSN-də böyük oyun: İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının ətraf mühütə vurduqları ziyanın fəsadları

İmişlidə onlarla qum - çınqıl karxanaları var ki, qanunsuz fəaliyyət göstərir. Günü- gündən göbələk kimi artan bu qanunsuz qum - çınqıl karxanalarının sahibləri ya yüksək çinli məmurlardır yada ki, onların əqrabaları. Bu səbəbdən də onlara "gözün üstə qaşın var" deyən yoxdu. Yəni burda qanun şah deyil, şah qanundur. Ona görə də ETSN-nin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Meliorasiya və Su Təsərrüfatı ASC İmişli rayonunda çay məcralarını savaş alanına çevirən qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına nəzarəti itiriblər. Qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının ətrafa mühütə vurduqları ziyanın fəsadlarını görmək bu çinovniklərə nəisə ifadə etmir.

 Araşdırmalar və rəsmi açıqlamalardan oda məlumdur ki, İmişli rayonunda yerləşən Bəhrəmtəpə1, Bəhrəmtəpə2 və İmişli qum-çınqıl yataqlarının ərazilərində yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişməkdədir. Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının qanunsuz hasilatı, su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb yaradıb. Buda ekologiyanın təhlükəsizliyinə vurulan ziyan, dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir desək yanılmarıq. Bəs onda hansı səbəblərdən ETSN dövlət təhlükəsizliyinə vurulan ziyanı görməzdən gəlir. O, hansı səbəbdir ki, qanunsuz fəaliyyət göstərn qum-çınqıl karxanalarının qanunla fəaliyyətini tənzimləyərək müvafiq sənədlərin verilməsini nədən oyuna çeviriblər!? Və, ya ölkə başçısı cənab İlham Əliyev regionlarda qanunsuz işləyən daş, qum - çınqıl karxanalarının bağlanması və onların fəaliyyətinin yoxlanılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar versə də bu tapşırıqlar da göründüyü kimi ETSN ucbatından havadan aslı vəziyyətdə qalmaqdadır. 

Bunlarla yanaşı onuda bildirək ki, İmişlidə qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcraları normadan artıq dərinləşmiş, sahili  isə genişlənərək dərin göllər yaranmışdır. Məlumatlarda bu acı reallıqlar İmişli rayon çayqırağı kənd caamatının və Bəhrəmtəpə qəsəbəsinin bir qrup sakinlərinin haqlı etirazlarına səbəb olduğu da deyilir. Bildirilir ki, qəsəbənin münbit torpaq sahələri, məhv edilən yaşıllıqlar, yaradılan süni balıq gölləri ciddi ekoloji problemlər yardıb. Bu səbəbdən də yerli sakinlər haqlı olaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı müvafiq qurumlardan kömək istəyirlər. Onlar bildirirlər ki, ETSN regional idarələrinin əksəriyyəti yalnız dağıdıcıqla və rüşvətxorluqla məşğul olaraq həm  nazirliyi biabır edir, həm də, Prezidentin apardığı islahatlara öz əməlləri ilə qarşı çıxırlar. 

Mövzuya qayıdacağıq. Bizi izləməyə davam edin!
Günay
Paytaxt.org

Seçilən
0
paytaxt.org

1Mənbələr