AZ

"Əl-Cəzirə": İsrailin zərbələri nəticəsində Qəzzada 24 saat ərzində 66 nəfər həlak olub

BAKI. 7 may. TELEQRAF

Çərşənbə axşamı İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 66 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail qüvvələri Fələstin anklavına yeni hücumları davam etdirir.

Qeyd olunur ki, mayın 7-də gecə yarısından bəri İsrailin Qəzza zolağına, o cümlədən cənubundakı Xan Yunis şəhərinə endirdiyi zərbələr nəticəsində azı 16 nəfər ölüb, 8 nəfər, o cümlədən bir uşaq bomba hücumu nəticəsində həlak olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr