Polşanın prezidentliyinə namizəd ifrat sağçı Qjeqoj Braun ölkənin Sənaye Nazirliyində nümayişkaranə şəkildə Avropa İttifaqı bayrağına ayaqlarını silib, sonra onu yandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, çərşənbə axşamı Braun nazirlik binasına daxil olduğunu və foyedə Aİ bayrağını dirəkdən çıxardığını göstərən video yayımlayıb.
Deputat Sənaye Nazirliyinin işçiləri ilə mübahisədən sonra bayrağı yerə atıb və ayaqlarını ona silib. Q.Braun, Avropa İttifaqı bayrağının Polşada hüquqi müdafiəyə malik olmadığını bəyan edib.
Q.Braun Avropa Parlamentinin deputatıdır. Çərşənbə axşamı Avropa Parlamenti onu deputat toxunulmazlığından məhrum edib.
Xatırladaq ki, Polşada prezident seçkisi mayın 18-də keçiriləcək.