Moskvanın hava hücumundan müdafiə qüvvələri yeddi pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf edib...
Poliqon xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib.
O vurğulayıb ki, dağıntıların olduğu yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.
Qeyd edək ki, mayın 6-da Sobyanin Moskvaya yaxınlaşarkən üç pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
Mayın 6-na keçən gecə növbətçi hava hücumundan müdafiə sistemləri paytaxt rayonu üzərində düşmənin 19 pilotsuz uçuş aparatını məhv edib. SHOT Telegram kanalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Lyutı pilotsuz təyyarələri ilə Moskva və Moskva vilayətinə hücum edib. Onlar bir-birindən az məsafədə sürü halında uçurdular. Bu tip PUA-lar 1000 km məsafə qət edə və 50 kq-a qədər yüksək partlayıcı yüklərə malik döyüş başlığı daşıya bilir. Rusiya hakimiyyətinin iyirmidən çox dövlət başçısını dəvət etdiyi Qələbə Paradından əvvəl Ukrayna hücumlarının aktivliyi artıb.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, mayın 9-da onlar Moskvada təhlükəsizliyinə zəmanət verə bilməz.
Poliqon.info