AZ

Rusiyanın 30 şəhərində mobil internet kəsildi

BAKI, 7 may. TELEQRAF

Pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən Rusiyanın 30-dan çox şəhərində mobil internet kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə “Baza” nəşri öz “Telegram” kanalında məlumat yayıb.

Məlumata əsasən Yaroslavl, Tver, Moskva, Nijni Novqorod, Tula, Leninqrad, Kaluqa və Kursk vilayətlərinin bəzi şəhərlərində mobil internetdən istifadədə çətinliklər müşahidə olunur. Saransk və Mordoviyanın da bir neçə yaşayış məntəqəsində internetin tamamilə kəsildiyi bildirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr