"Barselona" Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"ə uduzaraq mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, katalon klubunun gənc ulduzu Lamin Yamal matçdan sonra sosial media hesabından paylaşım edib. O, bu sözləri yazıb:

"Biz hər şeyimizi verdik amma biz geri dönəcəyik, buna şübhə etməyin".

Culers ("Barselona" azarkeşləri), biz bu klubu aid olduğu yerə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacağam və onu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".

Ancaq bazar günü başqa bir finaldır və hamımız birlikdə olmalıyıq. "Visca el Barça!".