UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında ilk oyunda heç-heçə etdiyi (3:3) "Barselona"nı əlavə vaxtda üstələyərək (4:3) finala yüksələn "İnter"in baş məşqçisi Simone İnzaqi qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini "Tuttomercatoweb" belə çatdırıb:
"İlk növbədə "Barselona"nı təbrik etmək istəyirəm. Həqiqətən yüksək səviyyəli komandadır. Bizim uşaqlar ən yaxşı şəkildə mübarizə aparmaq məcburiyyətində idilər və ortaya qeyri-adi futbol qoya bildilər. Komandamızın möhtəşəm hazırlığını vurğulamalıyam. Biz iki dəfə inanılmaz dözüm və oyun keyfiyyəti nümayiş etdirdik.
Əlbəttə, çətinliklərimiz var idi. Amma ürəyimiz və motivasiyamızın hesabına çətinliklərin öhdəsindən gəldik. Biz öz potensialımızı göstərməyə çalışdıq və bütün resurslarımızdan yararlandıq. İlk oyundan sonra əla başa düşürdük ki, bütün gücümüzü meydanda qoymalıyıq. Bu uşaqlar öz zəhmətləri və iradələri ilə finalda olmağı haqq edirlər.
Belə peşəkarların baş məşqçisi olmaqdan qürur duyuram. Şadam ki, komandam bu önəmli stadionda nəticədən həzz alır".
Nihat