AZ

Çempionlar Liqası: "İnter" finala yüksəlib

Bakı, 7 May, AZƏRTAC

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Burada daha bir qol vuran Milan klubu 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Komandalar arasında ilk matç 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Qeyd edək ki, raundun digər oyununda bu gün PSJ Fransada İngiltərə təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

 

Seçilən
0
6
azertag.az

7Mənbələr