Ermənistan-Gürcüstan sərhədində yük maşınlarının hərəkəti dayandırılıb.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstanla sərhəddə yerləşən Qoqavan-Ququt keçid məntəqəsində yük nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Buna səbəb sərhədin Gürcüstan tərəfində internet bağlantısını təmin edən kabelin zədələnməsidir. Nəticədə ərazidə internet əlaqəsi kəsildiyindən gömrük-keçid məntəqəsi fəaliyyətini müəyyən müddətə dayandırıb.