AZ

"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...


Pərviz Ağalarov: "Bizim hər şeyimizi əlimizdən alan, bizə "20 yanvarı", Xocalı faciəsini, Qarabağ faciəsini yaşadan o vətən hanı?

Hazırda Moskva "Böyük Vətən Müharibəsi" adlandırdığı savaşın qələbə ilə bitməsinin 80 illiyinə hazırlaşır. Qırmızı Meydanda möhtəsəm parad olacağı gözlənilir. Belə bir dövrdə həm Azvropada, həm də Amerikada rusların "Böyük Vətən Müharibəsi" adlandırdığı İkinci Dünya Müharibəsinə yenidən tarixi baxış cəhdləri var.

Məsələn, Donald Tramp iddia edir ki, hər iki dünya müharibəsinin qalibi ABŞ olub. Avropalılar isə iddia edir ki, biz daha çox döyüşmüşük, çünki müharibə Avropadan başlayıb. Baxmayaraq ki, Vermaxt ali komandanlığının qərargah rəisi Alfred Jodl mayın 7-də Reymsdə təslim aktını imzalayarkən Fransanı qaliblər siyahısında görəndə təəccübünü gizletməmişdi. General təəccüb və həqarət hissi ilə demişdi ki, siz də qalibsiniz?

Lakin bunlar bir yana, İkinci Dünya Müharibəsində heç bir iddiasi olmayan Azərbaycanda da bu müharibəyə baxıs dəyişməkdədir. Azərbaycan cəmiyyəti daha çox bu müharibəyə Rusiyanin qoyduğu adla razılaşmır. Çünki artıq o "Böyük Vətən" mövcud deyil. SSRİ-ni təşkil edən 15 respublikanın hər biri ayrıca dövlətdir və öz vətəndaşlarının vətəndir. O cümlədən Azərbaycan da müstəqil dövlətdir, öz vətəndaşları, hətta öz Vətən Müharibəsi var. Bu parlaq qələbə ilə başa çatan 44 günlük müharibədir. Elə isə bizim İkinci Dünya Müharibəsini "Boyük Vətən Müharibəsi" adlandırmağımız doğrudurmu?

AMEA-nin Tarix İnstitutunun elmi işçisi Pərviz Ağalarov məsələ ilə bağli baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu məsələnin vaxti çoxdan çatıb: "Azərbaycan vətəndaşının "Böyük Vətən Müharibəsi" birinci və ikinci Qarabağ müharibəsidit, əsasən də 44 günlük savaşdır. Bir tarixçi kimi mənim mövqeim bu məsələdə qətidir. Mən bunu dəfələrlə yazmışam, bizim "Stalinqrad"ımız Füzuli-Cəbrail-Hadrud əməliyyatıdır, bizim "Kurski"miz Şuşa əməliyyatıdır. "Böyük Vətən Müharibəsi" rusların mifidir. Həmin müharibədə biz də iştirak etmişik. Cəbhədə istifadə edilən yanacağın 90 faizini Bakı verib. Bu müharibədə 700 min azərbaycanlı iştirak etdi. Onlardan 400 mini həlak oldu. İndi hanı o vətən? Bizim hər şeyimizi əlimizdən alan, bizə "20 yanvarı", Xocalı faciəsini, Qarabağ faciəsini yaşadan o vətən hanı? Bizim belə bir vətənimiz yoxdur, ona görə də bizim dilimizdə o mənada "Böyük Vətən Müharibəsi" ifadəsi ola bilməz. Bu sadəcə olaraq İkinci Dünya Müharibəsini sovet-alman cəbhəsi idi. O müharibədə istirak edənlər isə günahsız qurbanlardır. Yeganə təsəllimız odur ki, dünyanın başının üstünu bulud kimi almış faşizm üzərində qələbəyə töhfə vermişik. Amma əvəzində heç bir ödül almamışıq. Cəbhəni yanacaqla demekmolar ki, bününlüklə təmin edən Bakıya qəhrəman şəhər adi verməyə də əlləri gəlmədi.

"Böyük Vətən Müharibəsi" həmin dövr üçün bir təbliğat idi. Belə adlandırmışdır ki, heç kimə bu müharibəyə yollanmaqdan imtina edə bilməsin. İndi artıq məsələyə tarixi məntiqlə yanaşmağın, hərəni öz adı ilə çağirmağın vaxtıdır".

Dəniz NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr