AZ

Quterreş Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb.

APA xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

"Baş katib Hindistanın apardığı hərbi əməliyyatlardan dərin narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz", - bəyanatda deyilir.

Seçilən
0
apa.az

1Mənbələr