AZ

Trampdan Hindistan-Pakistan savaşına: İndicə öyrəndik, ayıbdır...

Ayıbdır. Biz bunu indicə öyrəndik. Düşünürəm ki, əvvəllər baş verənləri nəzərə alsaq, insanlar nəyinsə baş verəcəyini bilirdilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hindistanın Pakistanı raket atəşinə tutmasına münasibət bildirərkən deyib.

“Onlar uzun müddətdir ki, qarşıdurma içərisindədirlər. Çox, onilliklər, hətta əsrlərdir. Ümid edirəm ki, bu, tezliklə bitəcək”, - Tramp bildirib.

Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələr endirib. Pakistan da öz növbəsində qarşı tərəfin hədəflərinə hücum edib.

Seçilən
0
1
axar.az

2Mənbələr