AZ

İsrail “Hizbullah” komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Nəbatiyyə bölgəsinə zərbə endirərək “Hizbullah”-ın Bədr bölmələrinin səhra komandiri Adnan Məhəmməd Sadiq Hərbi öldürüb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Terrorçu, "Hizbullah" hərəkatının Bədr qolunun maddi-texniki təminat qüvvələrinin komandiri idi. Onun, "Hizbullah"ın terror potensialının bərpasında xidmətləri olub.", - məlumatda deyilir.

Seçilən
0
apa.az

1Mənbələr