UEFA Çempionlar Liqasında ilk finalçı müəyyən olub. Turnirin yarımfinal mərhələsinin "İnter" cavab oyunda evdə "Barselona"nı məğlub edib.
Oxu.Az xəbər verir ki, oyunun əsas vaxtında komandalar hərəyə 3 qol vurmaqla 6 dəfə qapı torunu silkələyiblər.
Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib və "İnter" hesabda irəli keçərək tarixi qələbə qazanıb.
Qeyd edək ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.