AZ

Çempionlar Liqasında ilk finalçı bəlli oldu

Çempionlar Liqasında final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Operativ Media xəbər verir ki, “İnter” doğma meydanda “Barselona”nı qonaq edib. Əsas vaxtı 3-3 hesabı ilə bitən matçda İtaliya təmsilçisi əlavə vaxtda 1 qol vuraraq "Barselona"nı məğlub edib və finala yüksəlib.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyunda 3-3 hesablı heç-heçə qeydə alınmışdı.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

6 may

23:00 "İnter" – "Barselona" 4:3

Qollar: L.Martines, 22, H.Çalhanoğlu, 45 (pen.), Açerbi, 90+3, Fratessi, 99 – E.Qarsiya, 54, D.Olmo, 60, Rafinya, 87

Seçilən
0
operativmedia.az

1Mənbələr