Tutulmuş şəxsləri daşıyan avtomobil və qatarlar qəza keçirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Belə hallarda müşayiət dəstəsinin rəisi dərhal xilasetmə işləri təşkil edir. Tutulmuş şəxslərin başqalarından təcrid olunması təmin edilir. Yaralı şəxslərə ilkin tibbi yardım göstərilir. Silah və sənədlərin qorunması vacibdir. Ağır xəsarətlər və ölüm halları qeydə alınır. Qəza barədə polis orqanlarına məlumat verilir. Qəzaya uğrayan şəxslərin müşayiəti mümkün olmadıqda alternativ mühafizə tədbirləri görülür.