Hindistan Pakistana hücum edib.
Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.
Bir sıra kütləvi informasiya vasitələri Hindistanın "torpaq-torpaq" sinifli ballistik raketlərdən istifadə etdiyini bildirir.
Pakistan tərəfi Hindistanın bu təcavüzünə cavab verəcəyini bəyan edib.
Artıq Hindistan Ordusu da "Sindur" əməliyyatına başladığını təsdiqləyib.
Rəsmi məlumatı Hindistan Ordusunun nümayəndəsi açıqlayıb:
"Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətindəki Kəşmir ərazisində terror infrastrukturuna zərbə endirən 'Sindur' əməliyyatına başlayıb. Hindistan silahlı qüvvələri terrorçuların düşərgələrinə dəqiq zərbələr endiriblər. Pakistanın hərbi obyektləri hədəf alınmayıb", - məlumatda bildirilib.
Qeyd olunur ki, Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb. Ölkənin Hava Müdafiə Sistemləri təmas xətti üzərində Hindistan qırıcı təyyarəsini vurub. Hava döyüşləri geniş miqyasda davam edir, bütün sərhəd boyu atışma və mərmi partlayışları eşidilir.
Ümumilikdə, Hindistan tərəfindən 9 hədəfə hücum edilib.