PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının yarımfinalında "Arsenal"a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, mərakeşli futbolçu bu barədə jurnalistlərə açıqlama verib:
"Bu, Parisdə çox xüsusi bir axşam olacaq. Atmosfer çılğın olacaq – hamı bizi həm stadionun daxilində, həm də kənarda dəstəkləyəcək. Azarkeşlərin matçın sonuna qədər bizi dəstəkləməsinə ehtiyacımız var. Rəqib üzərində olan çılğın atmosfer və təzyiq vacib olacaq. "Mançester Siti"yə məğlub olanda azarkeşlər bizə qayıtmağımıza kömək etdi. Azarkeşlər bura gəlmək üçün nə qədər çalışdığımızı bilirlər."
İlk oyunda PSJ səfərdə "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.