Qazaxıstan Azərbaycana 569 min ton taxıl tədarük edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin sentyabrından bu ilin aprel ayınadək 7,6 milyon ton yeni taxıl ixrac edilib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% və ya 4,8 milyon ton çoxdur.
Əsas Özbəkistan, Tacikistan və Əfqanıstana olub. Ondan sonrakı yerləri Qırğızıstan, İran və Azərbaycan bölüşdürüb.
Anar Əliyev