AZ

ABŞ Harvardı maliyyələşdirməyəcək – RƏSMİ

ABŞ Harvard Universitetini maliyyələşdirməyəcək.

” Busaat.az “ “Newsroom.kz”a istinadən xəbər verir ki, ABŞ-nin təhsil naziri Linda Makmahon Harvard Universitetinin dövlət tərəfindən maliyyələşdirilməyəcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, federal hökumət universitetə artıq qrant ayırmayacaq. Bu barədə məlumat Harvard prezidenti Alan Garberə göndərilən və nazirin “X” sosial şəbəkəsində paylaşdığı rəsmi məktubda yer alıb.

Sənəddə qeyd olunub ki, Harvard kampusda zorakılıq törədən xarici tələbələri qəbul edir və ABŞ-nin ali təhsil sistemini məsxərəyə qoyur. Universitet həmçinin qanun pozuntularında ittiham edilir.

Nərmin Səmidova

Seçilən
0
busaat.az

1Mənbələr