AZ

Hakan Fidan Varşavaya gedir



Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 8-də Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılacaq.

Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, toplantında Ankaranın Avropa Birliyinə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq.

Türkiyə Xarici İşlər Nazirliyi görüşün Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Türkiyəyə edilən dəvət, Avropa Birliyi münasibətlərində yeritdiyi qətiyyətli siyasətin əksi kimi qiymətləndirilir.

Nazir Fidanın gündəmində terrorla mübarizə və Avropanın müdafiə sənayesi potensialının inkişaf etdirilməsi səyləri də yer alacaq.

O, Türkiyənin güclü müdafiə sənayesi infrastrukturu ilə Avropanın təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu ifadə edəcək.

Mehman Mehdiyev
Seçilən
0
newscenter.az

1Mənbələr