AZ

David Alaba "Real Madrid"dən ayrılmağa yaxındır

“Real Madrid”in mərkəz müdafiəçisi David Alaba yay transfer pəncərəsində klubdan ayrıla bilər.

90deqiqe.Az “Estadio Deportivo”ya istinadən xəbər verir ki, Madrid klubu avstriyalı futbolçunun davamlı zədələrə meyilli olması səbəbilə onunla yollarını ayırmağı planlaşdırır.

Xatırladaq ki, Alaba bu ilin əvvəlində uzunmüddətli zədədən sağalaraq meydana qayıtsa da, daha sonra bir neçə dəfə yenidən zədə alıb və hazırda da sıradan çıxıb. Klub rəhbərliyi onun fiziki durumundan narahat olduğu üçün yayda satışını gündəmə gətirib.

David Alaba bu mövsüm "Los Blancos"da 14 matçda iştirak edib. 32 yaşlı mərkəz müdafiəçisinin klubla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir və onun transfer dəyəri, Transfermarkt-a görə, 10 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr