AZ

Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL

Latviya və Litva mayın 9-da Rusiya paytaxtına səfər etmək niyyətində olan Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Veçerne Novosti” məlumat yayıb.

Qeyd olunub ki, Riqa və Vilnüsdə bu qərar Serbiya liderinin Moskvaya uçuş məqsədinin siyasi həssaslığı ilə əlaqələndirilib. Ancaq qadağanın hansı müddətə qüvvəyə minəcəyi məlum deyil.

Mayın 6-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçiriləcək paradda 29 xarici dövlət başçısının iştirak edəcəyini bildirib. Tədbirdə iştirakını təsdiqləyənlər arasında Aleksandr Vuçiç və Slovakiyanın Baş naziri Robert Fiko da var. Serbiya liderinin rusiyalı həmkarı Vladimir Putinlə də ikitərəfli danışıqlar aparacağı gözlənilir .

Seçilən
0
publika.az

1Mənbələr