AZ

"Atletiko" onunla müqavilə müddətini uzadır

style='margin-bottom:10px;'>

"Atletiko" futbolçusu Pablo Barriosla yeni müqavilə imzalayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Relevo"nun jurnalisti Matteo Moretto məlumat yayıb. 

İspaniya klubu 21 yaşlı yarımmüdafiəçi ilə artıq razılıq əldə edib. Onunla imzalanacaq yeni sözləşmə 2030-cü ilin yayına qədər olacaq. 

Qeyd edək ki, Pablo Barrios bu mövsüm "Atletiko"nun heyətində 38 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Seçilən
0
teleqraf.com

1Mənbələr