AZ

11 il sonra “Mançester Yunayted”ə qayıda bilər

“Mançester Yunayted” kamerunlu qapıçı Andre Onananı əvəzləyəcək yeni qapıçı axtarışlarını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, klubun gündəmindəki növbəti namizəd Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçdir. Artıq tərəflər arasında ilkin danışıqlar aparılıb.

Qeyd edək ki, Milinkoviç-Saviç bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb və 39 qol buraxıb. O, 11 oyunu qapısını toxunulmaz saxlayaraq başa vurub.

Transfermarkt portalı 28 yaşlı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirib.

Xatırladaq ki, Onana mövsüm ərzində bir sıra kobud səhvlərə yol verib. 

Əlavə edək ki, serb qolkiper 2014-15 mövsümündən əvvəl "Voyvodina"dan 1,75 milyon avroya transfer olunub. Mövsümü Serbiya komandası ilə keçirən Milinkovic-Saviç 2015-16 mövsümünün ilk yarısında "Mançester Yunayted"ə gəlsə də, heç bir matç oynamadan Lexiya Qdanska göndərilib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr