AZ

İran prezidenti Məsud Pezeşkian Çinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Çinə rəsmi səfəri çərçivəsində çinli həmkarı Vanq Yi ilə keçirdiyi görüşün nəticələrini bölüşüb.

“Çin xarici işlər naziri ilə uzun və strateji söhbətim oldu. Biz ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı demək olar ki, bütün məsələləri müzakirə etdik”, – Abbas Əraqçı deyib.
İranın dövlət xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, danışıqlar zamanı iki ölkənin xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı razılığa gəliblər və həmçinin ABŞ-ın dünya arenasında hegemon və təcavüzkar siyasətləri barədə dərin fikir mübadiləsi aparıblar.

Diplomatlar həmçinin İran prezidenti Məsud Pezeşkianın Çinə yaxın vaxta planlaşdırılan səfərini müzakirə ediblər və qeyd ediblər ki, İran prezidenti bundan sonra sentyabrda keçiriləcək ŞƏT dövlət başçılarının sammitində iştirak edəcək, – Əraqçi əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr