“Fiorentina”nın yarımmüdafiəçisi Nikolo Zaniolo qarşıdakı iki rəsmi oyunda komandaya kömək edə bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu, futbolçunun diskvalifikasiyası ilə bağlıdır. Zaniolo A Seriyasının 35-ci turunda “Roma” ilə keçirilən oyunda (0:1) qırmızı vərəqə alıb. Qeyd edək ki, o, vərəqəni final fitindən sonra – baş hakim Daniele Chiffi ilə yaşanan şifahi mübahisə nəticəsində alıb.
“Fiorentina” hazırda A Seriyasında cəmi səkkizinci yerdədir. Klubun 59 xalı var və altıncı yerdən 4 xal geri qalır. “Bənövşəyilər”in də yenidən UEFA Konfrans Liqasının finalına çıxmaq şansı var. Turnirin yarımfinalının "Betis"lə cavab oyunu cümə axşamı keçiriləcək.