AZ

Belarusun cavabı qətiyyətli və ildırım sürətli olacaq – prezident Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa dövlətlərinin respublika ərazisinə müdaxiləsinə imkan verməyəcəyini bildirib.

O, müharibə istəmədiyini, lakin hücuma məruz qalacağı təqdirdə qətiyyətlə hərəkət edəcəyini deyib: “Mən bu müharibədə yerimi bilirəm, Allah eləməsin. Amma siz bilməlisiniz: Allah eləsin, sərhədimizi bircə dəfə də olsa keçməsinlər, cavab çəkinmədən, ildırım sürətli olacaq. Bunu bilməlisiniz”, – Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Belarusun müdafiəsi üçün bütün lazımi vasitələr var. Prezident əlavə edib ki, Avropa ölkələri MDB ölkələrinin ordularının fədakarlığından “çox qorxurlar”. Onlar hesab edir ki, bu, Sovet xalqının Böyük Vətən Müharibəsi illərində göstərdiyi şücaətlərlə bağlıdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr