AZ

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.
 

Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hücum etdiyini bildirib. Husilərə qarşı hərbi əməliyyatda 30-dan çox İsrail təyyarəsi iştirak edib. Yəmənin Hodeyda limanına 6 zərbə endirilib. Hücum Bağdadda beton zavoduna dəyib.
 

Qeyd edək, İranın dəstəklədiyi husilər bir gün əvvəl İsrailin əsas hava limanı yaxınlığındakı əraziyə raket atıblar.
 

İsrailli mənbə “Əl Hadath”a bildirib ki, İDF Yəməndə bir neçə husi hədəfinə hücum edib və Hodeyda limanı ağır zərbələrə məruz qalıb. Bundan əlavə, son bir neçə saat ərzində ABŞ husilərə qarşı hava hücumlarını gücləndirərək, ölkənin 5 bölgəsində 29 hədəfi bombalayıb.
 

“The Times of Israel” qeyd edir ki, zərbələr nəticəsində Yəmənin Bəcil şəhəri yaxınlığında yerləşən beton zavodu da zədələnib. İsrail ordusu İran silahlarının Hodeyda limanına hərbi və terror məqsədləri üçün daxil olduğunu iddia edir.
 

Bəcildəki beton zavodu Husi rejimi üçün mühüm iqtisadi mənbədir. Ordu deyir ki, tunellər və hərbi infrastrukturun tikintisi üçün istifadə olunur.
 

Husilərin sözçüsü Yəhya Sari İsrail qüvvələrinin Yəməndə qruplaşmaya qarşı yeni hücumlar planlaşdırdığı barədə xəbərdarlıq edib. Husilər İsrailin hərtərəfli hava blokadası üzərində çalışdıqlarını və buna görə də onun hava limanlarını hədəf aldıqlarını bildiriblər.
 

Xatırladaq ki, mart ayında husilər Amerikanın “Harry Truman” təyyarədaşıyan gəmisinə və digər döyüş gəmilərinə hücum etmişdilər. Zərbədə 18 ballistik və qanadlı raket iştirak edib.

 

Aysel

Seçilən
0
sfera.az

1Mənbələr