AZ

Donald Tramp mayın 8-də və ya 9-da “çox vacib bir mövzuda” bəyanat verəcək

ABŞ prezidenti Donald Tramp mayın 8-də və ya 9-da “çox vacib bir mövzuda” mühüm bəyanat verəcəyini vəd edib.

Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində o, gələn həftə Yaxın Şərqə işgüzar səfərinin planlaşdırıldığını xatırladıb. “Düşünürəm ki, bundan əvvəl çox, çox böyük bir açıqlama verəcəyik” –Tramp deyib.

ABŞ prezidenti konkret nəyin müzakirə olunacağını açıqlamayıb, lakin bunun müsbət bəyanat olacağına əmin edib. Lakin onun fikrincə, bu xəbərin mütləq ticarətlə bağlı olması şərt deyil: “Bu, müəyyən bir mövzuda, çox vacib bir mövzuda uzun illərdən bəri edilən ən mühüm elanlardan biri olacaq”, – deyə Tramp bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr