AZ

"Barselona" Reşfordla bağlı danışıqlar aparır

Hücumçu Markus Reşford bu yay “Barselona”ya keçmək üçün agent Pini Zahavi ilə əməkdaşlıq edir.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə danışıqlara başlayıb. Raşfordun özü də “Blauqrana”nın düşərgəsinə qoşulmaqda maraqlıdır.

 “Mançester Yunayted” Reşfordu 35 milyon avroya satmağa hazırdır. Lakin bu məbləğ “Barselona” üçün maliyyə baxımından ciddi çətinlik yarada bilər.

Markus Raşford hazırda "Aston Villa"da icarə əsasında çıxış edir. Birmingem klubunun mövsümün sonunda forvardı alacağı gözlənilmir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr