AZ

Ronaldo oğlunun Portuqaliya U15 komandasına çağırılmasına münasibət bildirib

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo, oğlu Ronaldo Jr.-ın Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət yığmasına dəvət almasına münasibət bildirib.

90deqiqe.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu bu münasibətlə sosial media hesabında Portuqaliya U-15 komandasının fotosunu paylaşaraq yazıb:

“Səninlə fəxr edirəm, oğlum!”

Portuqaliya gənclər komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq. Ronaldo Jr. “Əl-Nəsr” gənclər komandasında oynayır və əvvəllər "Pozuelo", "Yuventus" və "Real Madrid" akademiyalarında çıxış edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr